İstifadəçi razılaşması

1. Əsas anlayışlar

1.1. Vebsayt – www.altin.az

1.2. Rəhbərlik – vebsaytın sahibi və ya səlahiyyət verilmiş fiziki şəxs, şəxslər qrupu

1.3. İstifadəçi – vebsayta daxil olan, vebsaytda olan məlumat və xidmətlərdən istifadə edən bütün şəxslər

1.4. Razılaşma – istifadəçi tərəfindən təsdiq edilərək şərtləri qəbul olunmuş hazırkı razılaşma

1.5. Şəxsi kabinet – bu İstifadəçi mühitinin onun tərəfindən yerləşdirilmiş məlumatlar və qurmalar məcmusudur. Hər hansı bir İstifadəçinin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.

1.6. Spam – alanlar tərəfindən kütləvi, icazə verilməyən və/və ya gözlənməyən reklam, informasiya, təşviqat və ya başqa xarakterli poçt və başqa göndərilmələrdir.

2. Qaydalar

2.1. Bu vebsayt Əliyev Məmməd Cabir oölu tərəfindən (VÖEN: 1502659032) tərəfindən idarə olunur.

2.2. Vebsaytda qeyd olunan “Biz" ifadəsi Rəhbərliyə istinad edir.

2.3. İstifadəçi Vebsaytda olan hər hansı məlumat və ya xidmətdən istifadə etməklə aşağıdakı maddələrlə öz iradəsi ilə razılaşdığını təsdiq edir:

2.4. Razılaşma barədə aşağıdakı maddələrə dəyişiklik və əlavə etmək hüququ tam olaraq Rəhbərliyə məxsusdur. Dəyişikliklər və əlavələr vebsaytın bu səhifəsində qeyd olunduqdan etibarən qüvvəyə minir. Dəyişiklik və əlavə barədə məlumatı almaq bu səhifəni mütəmadi olaraq oxumaqla İstifadəçinin öz məsuliyyətindədir.

2.5. Rəhbərlik Vebsaytda yerləşdirilən banner və reklamların məzmununa görə məsuliyyət daşımır.

2.6. Vebsaytda olan hər hansı bir məlumatı, materialı və fotoşəkli Rəhbərliyin yazılı icazəsi olmadan istifadə etmək qeyri-qanuni hesab ediləcək və bunu etmiş şəxs Azərbaycan Respublikasının Qanunlarına əsasən tam məsuliyyət daşıyır.

2.7. Hazırkı razılaşmada öz əksini tapmayan istənilən terminlər və anlayışlar, Razılaşmanın mətnindən yaranan mənaya müvafiq olaraq izah ediləcəkdir. Razılaşmada istifadə edilən terminin və ya təyinin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında Rəhbərlik tərəfindən müəyyən edilən izahetmə tətbiq ediləcəkdir.

2.8. Hazırkı Razılaşma ictimai ofertadır.

2.9. İstifadəçi öz parolunu gizli saxlamağı öhdəsinə götürür. İstifadəçi öz elektron ünvanından və paroldan istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. Əgər İstifadəçidə onun Şəxsi kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz parolunu sərbəst dəyişməyi öhdəsinə götürür.

2.10. Rəhbərlik İstifadəçilər tərəfindən qeydiyyat və/və ya avtorizasiya zamanı verilən informasiyanın düzgünlüyünün yoxlanması üçün xüsusi texniki qərarlardan istifadə etməkdə haqlıdır.

2.11. Rəhbərlik Vebsaytda istifadəçilər tərəfindən qeyd olunmuş məlumatların doğruluğuna və dəqiqliyinə zəmanət vermir, buna görə heç bir məsuliyyət daşımır.

2.12. Rəhbərlik Vebsaytda hər hansı məlumatı silmək və ya paylaşmamaq, habelə öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq və məhdudlaşdırmaq hüququna malikdir.

2.13. Vebsaytda elan olunan məhsullar barəsində bütün sazişlər İstifadəçilər arasında birbaşa bağlanılır. Rəhbərlik İstifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçısı və/və ya vasitəçisi deyildir. Rəhbərlik belə sazişlərə nəzarət etmir və onlara görə məsuliyyət daşımır.

2.14. İstifadəçi təsdiq edir ki, Vebsaytda elanlarda informasiyanın və məlumatların yerləşdirilməsinə, bütün lazımlı hüquqlara, lisenziyalara, icazələrə malikdir, bütün patentlər, ticarət markaları, ticarət sirləri, intellektual mülkiyyət hüquqları daxil olmaqla, və ya uyğun olan yazılı razılığa, lisenziyaya və ya üçüncü şəxslərin onların adlarından, təsvirlərdən və ya başqa obyektlərdən istifadə üçün icazəsinə malikdir.

2.15. Rəhbərlik İstifadəçidən elanda yerləşdirilmiş məhsulun haqqında əlavə məlumatı və/və ya İstifadəçi tərəfindən verilmiş məlumatları təsdiqləyən sənədləşməni tələb etmək hüququna malikdir. Vebsayt belə sənədləşmənin və ya informasiyanın verilməsinə qədər nəşri saxlamaq hüququna malikdir.

2.16. Nəşri qüvvədə olan qanunvericiliyi pozan, əxlaqın hamı tərəfindən qəbul edilmiş normalarına zidd olan, təhqiredici və ya yersiz, həmçinin də üçüncü şəxslərin hüquqlarını pozan elanlar, habelə dövlət, kommersiya, şəxsi və ailə sirri təşkil edən məlumatlar vebsayt tərəfindən silinə bilər. Bu kimi hallarda ödənmiş xidmətlərə görə pul vəsaitləri qaytarılmır.

2.17. Elanda özündə satış, istifadə haqqında təklifləri və ya mallar və xidmətlər haqqında başqa informasiyanı saxlayan internet-saytların səhifələrinə istinadları qoymaq qadağandır.

2.18. Rəhbərlik Vebsaytda elanların yerləşdirilməsindən (nəşrindən) imtina etmək hüququna malikdir.

2.19. İstifadəçi qüvvədə olan qanunvericiliyə əsasən elanların məzmununa görə tam və xüsusi (fərdi) məsuliyyəti daşıyır.

2.20. Xüsusi hallarda Rəhbərlik hər hansı bir İstifadəçiyə güzəşt formasında pulsuz elan yerləşdirmək üçün kuponlar hədiyyə edə bilər.

2.21. Pullu xidmətdən istifadə üçün ödəniş etmiş İstifadəçi vəsaitin qaytarılması üçün Vebsayta müraciət etmək hüququna malikdir. Pul vəsaitinin qaytarılmasında qaytarılma və ya imtina haqqında qərar birtərəfli qayda ilə Rəhbərlik tərəfindən qəbul edilir.

2.22. Vebsayt İstifadəçilər və/və ya robotları tərəfindən vebsayta İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.

2.23. İstifadəçi razılaşır ki, İstifadəçinin və başqa İstifadəçilərin və/və ya Vebsaytın müştəriləri arasındakı bütün mübahisələr (o cümlədən sazişlərin həyata keçirilməsi nəticəsində) İstifadəçi Vebsaytı cəlb etmədən sərbəst həll edir.

2.24. İstifadəçi yalnız qüvvədə olan qanunvericiliyə və hazırkı Razılaşmaya uyğun olaraq hərəkət etməyi, həmçinin qanunvericiliyə uyğun olaraq Vebsaytda və Vebsaytın xidmətlərindən istifadə vaxtı şəxsi hərəkətlərinə və fəaliyyətsizliyinə (hərəkətsizliyinə) görə tam məsuliyyət daşımağı öhdəsinə götürür.

2.25. Hazırkı Razılaşma İstifadəçi tərəfindən Vebsaytın xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, Vebsaytda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq və müddətsiz qüvvədədir.

2.26. Rəhbərlik şəxsi mülahizə üzrə İstifadəçinin Vebsayta girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Rəhbərliyin xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Vebsayta giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.

2.27. Mübahisələrin yarandığı halda hazırkı Razılaşmanın tərəfləri onları danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Hazırkı Razılaşmanın və Vebsayt xidmətlərinin verilməsinin icrası zamanı yaranan mübahisələr (Azərbaycan Respublikasının) qüvvədə olan qanunvericiliyə uyğun olaraq həll edilməlidir.

2.28. Bütün mübahisələrə dair Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilir.

2.29. Məhkəmə tərəfindən Razılaşmanın hər hansı müddəasının etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Razılaşmanın başqa müddəalarının etibarsız olması ilə nəticələnmir.

2.30. Razılaşmanın müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Rəhbərlik tərəfindən fəaliyyətsizlik daha sonra Rəhbərliyi öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.

2.31. Hazırkı Razılaşma ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı fərdi qaydada tənzimlənir.

2.32. Vebsayt informasiyanın saxlanılması üçün cookies fayllarından, veb-mayaklardan və başqa oxşar texnologiyalardan istifadə edə bilər. Bu fayllar Vebsaytın və onun əlavələrinin istifadəsini yüngülləşdirmək məqsədi ilə, Vebsayt xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə (həmçinin təhlükəsizlik), həmçinin reklam məqsədi ilə istifadə olunur.

İstifadəçi təsdiqləyir ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmişdir və onları sözsüz tam həcmdə qəbul edir.