Haqqımızda

Həyatınızı gözəlləşdirmək, ən özəl zamanlarınıza rəng qatmaq, sizə və sevdiklərinizə ən özəli və ən gözəli təqdim etmək üçün Sizinlə olmaqdan qürur duyuruq. ALTİN.AZ portalını zərgər dəqiqliyi və məharətli bir komandanın enerjisi ilə qurduq, internet və elektron ticarət sahəsində uğurlu layihələr həyata keçirən insanların yenilikçi baxışlarına əsaslandıq. ALTİN.AZ portalında bir qadının tərzini, bir insanın hisslərini, sevənlərin istəklərini, dostluqların dəyərini, cütlüklərin həyəcanını və balacaların xəyallarını əks etdirən minlərlə seçim var. ALTİN.AZ portalı alıcılara hər növ və əyarda qızılın alqı-satqısı elanlarının geniş bazasından istifadə etmək imkanı yaradır. Burada ən tanınmış brendlər daxil olmaqla, gündəlik baş vurduğunuz qızıl mağazalarına getmədən istədiyiniz növ qızıl məmulatı haqqında geniş məlumat əldə edə bilər və satıcı ilə birbaşa əlaqə yarada bilərsiniz. ALTİN.AZ müştərilərin qızıl alış təcrübəsinin sürətli, rahat və yüksək keyfiyyətə malik olması üçün əvəzolunmaz filtrləmə və axtarış sistemləri tətbiq edir.