İstifadəçi Bələdçisi

Vebsaytın bütün istifadəçiləri üçün bərabər şəraitin təmin edilməsi məqsədilə hər kəs elan yerləşdirməzdən əvvəl Altin.az-ın qaydaları ilə tanış olub riayət etməlidir.

Qeydiyyat və elan yerləşdirmə

Vebsayta elan yerləşdirmək üçün satıcı olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”-iniz yaradılır və “Şəxsi kabinet”-iniz vasitəsilə yeni elan yerləşdirmək, elanlarınızı qabağa çəkmək və ya VİP etmək, balansınızı artırmaq, elanlarınızın və aktivliyinizin statistikasını izləmək mümkündür.

Qiymət cədvəli

Qiymət cədvəlində göstərilən qiymət və məbləğ yalnız bir elan üçün nəzərdə tutulmuş xidmətə görədir.

Elanın növü

Qiymət

Müddət

Sadə elanın yerləşdirilməsi

1 AZN

30 gün

Sadə elanın önə çəkilməsi / müddətinin yenilənməsi

1 AZN

30 gün

VIP elanın yerləşdirilməsi

30 AZN

30 gün

Şəkillər

Elanda müxtəlif rakurslardan çəkilmiş minimum 1, maksimum 5 şəkil olmalıdır. Şəkillərin minimal ölçüsü 800x600 pikseldir. Şəkillərin ağ fonda, yüksək işıqlandırma ilə, məhsulun rəngləri, naxışları və daşlarının aydın görsənəcəyi keyfiyyət və böyüklükdə olması tövsiyyə olunur. Şəkillərdə məhsulun özündən başqa hər hansı elementin (əl, vitrin, başqa bir məhsul və s.) olması tövsiyyə olunmur. Şəkillərdə məhsulun üzərində olan loqotipdən başqa hər hansı loqotip olmamalıdır.